Okt 09, 2017 15:01 Asia/Baku
  • Azərbaycan veloturunun ilk mərhələsi başa çatdı
    Azərbaycan veloturunun ilk mərhələsi başa çatdı

Qərbi Azərbaycanda 32-ci beynəlxalq velosiped turunun ilk mərhələsində velosipedçilər 141 kilometr uzunluğunda Təbriz-Urmiyə yolunu qət edib və qalib şəxslərin adları elan olunub.

Qərbi Azərbaycan Radio və Televiziya Təşkilatının məlumatına görə, Azərbaycan veloturunun ilk mərhələsi Təbriz-Urmiyə magistral yolunda keçirilib və Hollandiyadan Yeron Kers Koş, Avstraliyadan Lian Vayt və Qazaxıstandan Nikita Soqolov müvafiq olaraq bir-üçüncü yerləri tutublar.

Yarışların ilk turunun sonunda 26 yaşdan aşağı ən yaxşı gənc velosipedçi ağ köynəyi Avstraliyadan Lian Vayta, ən yaxşı dağ velosipedçisi qırmızı köynəyi Mərakeşdən Səlahəddin Mərvaniyə, çox xal toplayan velosipedçi yaşıl köynəyi Hollandiyadan Marko Dodtesə və zaman cədvəlində minimum vaxtla hərəkət edən velosipedçi qızıl köynəyi Hollandiyadan Yeron Kerş Koşa təqdim olunub.

Azərbaycan Beynəlxalq Velosiped turu Şərqi, Qərbi Azərbaycan və Ərdəbil vilayətlərində 6 turda 1010 km məsafədə təşkil olunur.

Bu yarışlarda 15 yerli və xarici komanda çərçivəsində 80 velosipedçi 104 milyon dollarlıq nağd mükafat uğrunda mübarizə aparır.

32-ci Beynəlxalq Azərbaycan Velosiped Turu 13 oktyabra qədər davam edəcək.

Teqlər