Okt 14, 2017 16:39 Asia/Baku
  • İranlı qadın avarçəkənlər Asiya üçüncüsü
    İranlı qadın avarçəkənlər Asiya üçüncüsü

İranın qadınlardan ibarət 4 nəfərlik Ruinq komandası gənclər arası Asiya çempionatında 3-cü olub.

İRNA-nın verdiyi məlumata görə, gənclər arası Asiya çempionatı və Olimpiya yarışlarına seçmə oyunları 11 oktyabrda Sinqapurda start götürmüşdü. 

İranın kişilərdən ibarət cüt avarlı iki nəfərlik Ruinq komandası bu yarışların qalibi olub. 

İranın qadınlardan ibarət Ruinq komandasının üzvü Haniyə Bidad isə bir nəfərlik Ruinq yarışlarda bürünc medal əldə edərək, Olimpiya yarışlarında iştiraka vəsiqə əldə edib. 

Gənclərarası Olimpiya Yarışları 2018-ci ildə Argentinada keçiriləcək. 

İranlı avarçəkənlər bu gün yarışların sonuncu günündə A və B qruplarının final mərhələlərində mübarizə aparacaqlar. 

Teqlər