Noy 08, 2017 17:02 Asia/Baku
  • İranın

İranın qısametrajlı "Səs" filmi özünün altıncı beynəlxalq iştirakında Türkiyənin Malatya şəhərində keçirilən yeddinci beynəlxalq film festivalında iştirak edir.

Qısametrajlı "Səs" filmi cari ildə İranın Qərbi Azərbaycan vilayətinin "Gənclərin Kino Cəmiyyəti" tərəfindən istehsal olunmuş məhsullardandır. Filmdə bir qoca kişinin xorultusunun həyat yoldaşının rahat yuxusunu əlindən almasından söz gedir.

Türkiyənin Malatya şəhərində keçirilən yeddinci beynəlxalq film festivalı noyabrın altısından on altısınadək keçirilir. 

Qısametrajlı "Səs" filmi indiyədək Azərbaycan Respublikasında keçirilən səkkizinci beynəlxalq ailə filmi festivalının ən yaxşı film, həmçinin 13-cü Rusiya beynəlxalq film festivalı və Bosniya və Herseqovinada keçirilən 11-ci film festivalının ən yaxşı qısametrajlı bədii film mükafatlarını qazanıbdır.

Teqlər