Noy 11, 2017 09:39 Asia/Baku
  • İranın nümayəndəsi Asiya Həndbol Konfederasiyası prezidentinin müavini seçilib
    İranın nümayəndəsi Asiya Həndbol Konfederasiyası prezidentinin müavini seçilib

İran İslam Respublikasının Həndbol Federasiyasının prezidenti Əlirza Rəhimi Asiya Həndbol Konfederasiyası prezidentinin müavini seçilib.

Həndbol Federasiyasının ictimai əlaqələr şöbəsindən verilən məlumata görə, Asiya Həndbol Konfederasiyasının seçkiləri Türkiyənin Antalya şəhərində keçirilib. Beləliklə Əlirza Rəhimi Asiya Həndbol Konfederasiyasının prezidentinin müavini seçilib. 

Rəhimi bundan öncə də Asiyada idman üzrə müxtəlif vəzifələrdə çalışmışdır. 

Bu arada Türkiyədə keçirilən Beynəlxalq Həndbol Federasiyasının 71-ci konfransında bu federasiyanın prezidenti və rəyasət heyətinin üzvləri dörd il üçün seçiləcək. 

Əlirza Rəhimi İranın Beynəlxalq Federasiya Komitəsinin prezidenti Səid Rəcai ilə bu konfransda iştirak edir. 

Teqlər