Noy 11, 2017 16:44 Asia/Baku
  • İran kinosu Barselonada Beynəlxalq Asiya Film Festivalında alqışlandı
    İran kinosu Barselonada Beynəlxalq Asiya Film Festivalında alqışlandı

Asiya Evi Beynəlxalq Film Festivalında İran Kinosunun alqışlanması mərasimi İspaniyanın Barselona şəhərində Girona Kinoteatrında keçirilib.

İRNA-nın məlumatına görə, bu mərasim Asiya Evi baş direktoru David Navarro Qarsiya, festivalın baş katibi Menene Qras Balaquer, İranın İspaniyadakı mədəniyyət attaşesi Əlirza İsmaili və bir çox iştirakçı ölkənin siyasi nümayəndələri və ispaniyalı incəsənət xadimlərinin iştirakı ilə keçirilib. 

Mərasimin əvvəlində Menene Qras Balaquer etdiyi çıxışında Asiya Evi Beynəlxalq Film Festivalında İran kinosunun aktivliyi və diqqətəçarpacaq iştirakına toxunaraq deyib: İran kinosunun dünyada yüksək və önəmli yeri vardır. 

Məlumata görə, İranın İspaniyadakı mədəniyyət attaşeliyinin əməkdaşlığı ilə 10 İran filmi 5-ci Asiya Film Festivalında ekranlaşacaq. 

2-12 noyabrda keçirilən bu festivalda 25 ölkə iştirak edir. 

Teqlər