Noy 19, 2017 22:00 Asia/Baku
  • Şüştərin şəlalələri; Xuzistanın turizm cazibəsi
    Şüştərin şəlalələri; Xuzistanın turizm cazibəsi

İranın Xuzistan vilayətində Şüştər şəhəri tarixi abidələri, gözəl təbiəti, mənzərələri və şəlalələri ilə hər bir turistin diqqətini cəlb etməkdədir.

Şüştər, qədim zamanlardan yadigar qalmış diyar. Sanki qədim dastanlar arasında nəfəs alırsan. Bəlkə də üç minillik şəlalələri babalarımızın səsini yaddaşlarında saxlamışlar.

Bir turist deyib: Şüştərin mərkəzində olan bu şəlalələrin doğrudan da analoqu yoxdur. İnsan sadəcə Şüştərdə yaşamaq istəyir.

Şüştərin onlarla tarixi abidələrindən birinə baş çəkmək üçün münasib vaxtdır. Əfzəl sarayı ürəyəyatan aurası və pavilyonları ilə İran diyarının əl işləri sənayesini canlandırırlar.

Əfzəl sarayı üzrə məsul şəxs deyib: 22 pavilyon Şüştərin əl işləri sənayesi ilə əlaqədardır. Xəttatlıq, rəssamlıq, dəri üzərində işlər və sairəni misal göstərmək olar.

Əl işləri hazırlayan bir şüştərli deyib: Bu bir növ şaldır. Atların üzərinə atılır və qış fəslində istifadə olunur. Əsil ərəb atları üzərində.

Şüştərin cazibəlikləri tarixi ilə məhdudlaşmır. Çeşidli məhsulları ilə dolu olan bazarı hər bir zövqə oxşaya bilər.

Şüştərlilərin qonaqpərvərliyini əfqan Zərifullahdan soruşmaq lazımdır. 20 ildir ki, bir küçənin başında oturub və insanların işini həll edir.

Əfqanıstan vətəndaşı olan Zərifullah deyib: Şüştər əhalisindən çox razıyıq. Yəni bəxtiyarisindən, şüştərisindən və ərəbindən razıyıq.

Ziyarət olunası müqəddəs məkanların çoxluğu Darül-Möminin ləqəbini müasir dindarlarının ən tanınmışı Əllamə Şeyx Şüştərinin şəhərinə bəxş etmişdir. Sözün qısası, Şüştər şəhəri istənilən turistin bəyəndiyi hər bir örnəyi özündə toplamışdır.