Noy 23, 2017 17:48 Asia/Baku
  • İranın futbol komandası Asiyanın ən yaxşı komandasıdır

İranın yığma futbol komandası FİFA-nın ən yeni təsnifatında Asiya qitəsi üzrə cədvəlin önündə getməkdə davam edir.

İranın yığma futbol komandası FİFA-nın noyabr ayındakı təsnifatında 798 xal toplayıb, oktyabr ayı ilə müqayisədə cədvəldə iki pillə qalxaraq, dünya üzrə 32-ci yerdə, Asiya qitəsi üzrə isə cədvəlin önündə durur.

İran İslam Respublikası üçüncü il dalbadal bu adı qoruyubdur.

Beynəlxalq təsnifatda Almaniya, Braziliya, Portuqaliya, Argentina, Belçika, İspaniya, Polşa, İsveçrə, Fransa və Çili müvafiq olaraq, birincidən onuncuyadək olan yerlərdə gedirlər.

Asiya qitəsində də İrandan sonra Avstraliya, Yaponiya, Cənubi Koreya və Çin müvafiq olaraq, ikincidən beşinciyədək olan yerlərdə dururlar.

Teqlər