Noy 27, 2017 10:03 Asia/Baku
  • İranlı güləşçi dünya çempionu olub

İranlı idmançı Moctəba Qelic 23 yaşından aşağı yaşda olan sərbəst güləşçilərin Polşada keçirilən dünya çempionatında qızıl medal qazanıb.

Moctəba Qelic dünən axşam 23 yaşından aşağı yaşda olan sərbəst güləşçilərin dünya çempionatında 97 kiloqram çəki dərəcəsində Belarusdan olan rəqibini məğlub edərək, yarışların qızıl medalını əldə edibdir.

İranın 65 kiloqram çəki dərəcəsində yarışan güləşçisi Yunes Emami də 23 yaşından aşağı sərbəst güləşçilərin dünya çempionatında bürünc medal qazanmağa müvəffəq olubdur.

Digər bir iranlı güləşçi, Əmin Taheri isə 125 kiloqram çəki dərəcəsində üçüncü olaraq, bürünc medal qazanıbdır.

İranın sərbəst güləş komandası 23 yaşından aşağı yaşda olan sərbəst güləşçilərin dünya çempionatında bir qızıl və iki bürünc medal əldə edib, 28 xal toplayaraq, komanda üzrə səkkizinci olubdur.

Bu yarışlarda Rusiya, Qazaxıstan və Gürcüstan komandaları müvafiq olaraq, birincidən üçüncü yerədək olan pillələrdə durublar.

Teqlər