Dek 02, 2017 21:39 Asia/Baku
  • İranda 15 kosmik sistem istifadəyə verilir
    İranda 15 kosmik sistem istifadəyə verilir

İran İslam Respublikası Kosmonavtika Təşkilatının sədri İranın 6-cı inkişaf proqramının sonuna qədər ölkədə kosmik texnologiya ilə əlaqədar 15 sistemin yaradılaraq istifadəyə veriləcəyini deyib.

Möhsün Bəhrami şənbə günü Mehr İnformasiya Agentliyi ilə müsahibədə kosmos sahəsində İranın 6-cı inkişaf proqramının prioritetlərinə toxunub və xatırladıb: İranda kosmonavtika ilə əlaqədar texnoloji potensialların istifadəyə verilməsi istiqamətində 6-cı inkişaf proqramının sonuna qədər kosmosla əlaqədar 15 sistemin istifadəyə verilməsi təklif olunub.

İranın Kosmonavtika Təşkilatının sədri həmçinin hazırda müxtəlif ərazilər,  o cümlədən yaylaqlar, meşəliklərin kadrlarının çəkilməsi üçün yer obyektinin istifadəyə verildiyini bildirib və deyib: Bu sistem meşəliklərdə yanğınla əlaqədar müxtəlif məlumatları anında elan edir.

Bəhrami İranda kənd təsərrüfatı ilə əlaqədar sistemlər və fövqəladə hallar üzrə sistemin dizayn olunduğunu deyib6 Bu sistemlər peyk kadrlarını peyklər vasitəsi ilə uzaqdan əlaqədar təşkilatlara çatdıracaq.

İranın Kosmonavtika Təşkilatının sədri xatırladıb: Bu təşkilat insanların gündəlik həyatında bu texnologiyaların potensiallarının hiss olunmasına çalışır.

Teqlər