Dek 03, 2017 21:53 Asia/Baku
  • "Fədakar Kəndli" vəfat etdi

"Fədakar Kəndli" adı ilə tanınan və öz fədakarlığı ilə bir qəhrəmana çevrilən Rizəli Xacəvi müalicə olunduğu Təbrizin İmam Rza(ə) xəstəxanasında fani dünyaya vida deyərək, gözlərini həmişəlik olaraq yumub.

Şücaəti ilə adını tarixə yazan qəhrəman. Fədakar kəndli. Təqribən 50 il öncə idi. Fədakar kəndlinin qonağı gəlmişdi. Onu tehrana yola salmaq üçün qatar stansiyasına gedir. Daha sonra dəmir yolunun kənarı ilə evə qayıdarkən bir hadisənin şahidi olur. Uçqun nəticəsində dəmir yolu relslərində qəzalı vəziyyət yaranmışdı. Bundan xəbərsiz olan qatarın qəzaya uğrayacağını anlayan fədakar kəndli çox düşünmədən nə edəcəyinə qərar verir. Bu Miyanəli kəndli havanın soyuq olmasına baxmayaraq, öz pencəyini yandırır və relslərin üzəri ilə qatara doğru qaçmağa başlayır. Qatardakı insanları xilas etmək üçün.

Myanənin Qəhrəmanlı kəndində yaşayan Rizəli Xacəvi öz fədakarlığı ilə həqiqi bir qəhrəmana çevrilmişdi. Amma, ömrünün son iki həftəsində xəstəlik üzündən öz doğma kəndindən uzaq düşmüşdü. Fədakar kəndli 20 gün sürən xəstəliyin sonunda Təbriz xəstəxanasında fani dünyaya vida deyərək, onu sevənləri kədərə boğdu.

Dünənki uşaqlar və bu günkü böyüklərin qəhrəmanı. Bu gün dərsliklərdə adına az rast gəlsək də, fədakarlığın heç vaxt unudulmayacaq.