Dek 05, 2017 19:23 Asia/Baku
  • İranlı atlet ağırlıqqaldırma üzrə dünya çempionatının qızıl medalına yiyələnib
    İranlı atlet ağırlıqqaldırma üzrə dünya çempionatının qızıl medalına yiyələnib

İranlı atlet Əli Haşemi Amerikada keçirilən ağırlıqqaldırma üzrə dünya çempionatında 105 kq çəki dərəcəsində birdəfəyə qaldırma kateqoriyasında və qaldırılan ağırlıqların ümumi çəkisində qırıl medala yiyələnib.

İRNA-nın məlumatına görə, Asiya Çempionatının gümüş və bürünc medalisti olan Əli Haşemi birdəfəyə qaldırmada 183 kq ağırlığı başı üzərinə qaldıraraq, dünya çempionatının qızıl medalını əldə edib.

Haşemi təkanla qaldırmada bürünc medala yiyələnib. Ümumilikdə isə 404 kq ağırlığı başı üzərinə qaldıraraq, qızıl medalın sahibi olub.

Beləliklə Əli Haşemi birdəfəyə qaldırmada qızıl, təkanla qaldırmada bürünc və qaldırılan ağırlıqların ümumu çəkisində də qızıl medal əldə edərək, İran komandasına 2 qızıl və bir bürünc medal qazandırıb.

Dünən də iranlı atlet Söhrab Moradi və  Əyyub Musəvi 94 kq çəki dərəcəsində müvafiq olaraq 3 qızıl və bir bürünc medal əldə etmişdilər.

Kiyanuş Rostəmi isə 85 kq çəki dərəcəsində birdəfəyə qaldırmada gümüş medala yiyələnmişdi.

Teqlər