Dek 09, 2017 09:07 Asia/Baku
  • İran təmsilçisi sərbəst güləş üzrə klublararası dünya çempionatının qalibi oldu
    İran təmsilçisi sərbəst güləş üzrə klublararası dünya çempionatının qalibi oldu

İran İslam Respublikasının "İzi Payp Kaşan" klubu cümə günü ABŞ-ın "Titan Merkuri" klubu üzərində qələbə çalaraq, sərbəst güləş üzrə 4-cü klublararası dünya çempionatının qalibiolub.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, İranın "İzi Payp Kaşan" klubu Tehranda, 12 min nəfərlik "Azadi" idman zalında keçirilən yarışların final mərhələsində 6-4 hesabı ilə amerikalı rəqibini məğlub edərək, çempion olmağı bacarıb. 

Bundan öncə digər İran təmsilçisi "Setareqane Sari" komandası Monqolustanın "Xeymuri" komandası üzərində qələbə çalaraq, yarışların üçücnüsü olmuşdu. 

Sərbəst güləş üzrə klublararası 4-cü dünya çempionatı cümə axşamı 10 xarici və 3 İran komandasının iştirakı ilə Tehranda, 12 min nəfəlrik "Azadi" idman zalında start götürmüşdü. 

Teqlər