Dek 16, 2017 10:15 Asia/Baku
  • İran dünya klublarının yunan-roma güləş yarışlarının çempionu olub
    İran dünya klublarının yunan-roma güləş yarışlarının çempionu olub

İsfahanın "Bimeye Razi" adlı yunan-roma güləş klubu dünya klublarının dördüncü yunan-roma güləş yarışlarının final görüşündə bu yarışların çempionu olubdur.

Bu isfahanlı komanda finalda İranın "Sina Sənət İze" klubunu 8-2 hesabı ilə məğlub edərək, ikinci dəfə dünya klublarının yunan-roma güləş yarışlarının çempionu olubdur.

Həmçinin Türkiyənin "Böyük Şəhir" və Gürcüstanın "Georgin Klab" klubları müvafiq olaraq, üçüncü və dördüncü yerləri tutublar.

Dünya klublarının dördüncü yunan-roma güləş yarışları on xarici və üç daxili komandanın iştirakı ilə cümə axşamı günü İranın İsfahan şəhərində başlanıb və cümə günü üstün komandaların müəyyən edilməsilə başa çatıbdır.

Teqlər