Dek 24, 2017 18:04 Asia/Baku
  • İranın əllə toxunma xalçaları 80 ölkəyə ixrac olunur

İranın Milli Xalçaçılıq Mərkəzinin direktoru deyib: İranda ildə təxminən 3 milyon kvadratmetr xalça toxunur. Onun üçdə ikisi dünyanın 80 ölkəsinə ixrac olunur.

İRİB-in məlumatına görə, Həmid Kargər ötən il İranda əllə toxunan xalçanın 80 ölkəyə ixrac edilməsi ilə 359 milyon dollar gəlir əldə edildiyinə toxunaraq bildirib: Bu il isə bu ixracatda 23% artım olmuşdur.

İranın Milli Xalçaçılıq Mərkəzinin direktoru deyib: İran ötən 8 ayda 269 milyon dollar dəyərində xalça ixrac edib. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 31% artımın olduğunu göstərir.

ABŞ, Almaniya, İtaliya, İngiltərə, İsveçrə, Livan, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qətər, Yaponiya, Çin, Rusiya, Braziliya və Cənubi Afrika Respublikası İran xalçasının ixrac olunduğu əsas bazarlardır.

Teqlər