Yan 10, 2018 20:26 Asia/Baku
  • Avropa Çempionlar Liqasına öz imzasına atan Qarabağ
    Avropa Çempionlar Liqasına öz imzasına atan Qarabağ

Qarabağ Avropa Çempionlar Liqasındakı öz möhtəşəm iştirakı ilə Avropanı heyrətə saldı.

Qarabağ komandasının Avropa Çempionlar Liqasındakı oyunlarına fərqli yanaşma ilə aydın olur ki, düzgün sərmayə qoyuluşu, xüsusi qayğı və istedadların kəşf edilməsi  yolu ilə hətta bir ölkənin adını belə dillər əzbəri etmək mümkündür.  Qarabağ komandasının Avropa Çempionlar Liqasında etdiyi kimi. Bir qədər bəxti gətirməyərək, Avropanın ən güclü komandalarıilə eyni qrupda yer almasına və onlarla müqayisədə çox cüzi büdcəyə malik olmasına baxmayaraq, Qarabağ komandası bu yarışlarda əsil savaşçı kimi çıxış edərək, Avropa Çempionlar Liqasına öz imzalarını atmış oldu. Hər dəfə bu komandanın oyunlarını izlədikdə, hər oyunda komandanın özünə daha artıq inamla çıxış etdiyini müşahidə edirik. Qarabağ komandasının ilk oyunu bəlkə də bütün Azərbaycan xalqı və futbolçuları üçün özünəməxsus atmosferə malik idi. Və o məşhur musiqinin səsləndirilməsi ilə stadiona tam başqa bir atmosfer hakim kəsilmişdi. Əlbəttə, 6-0 hesabı ilə nəticələnən oyun Qarabağ komandası üçün bir  ilk təcrübə idi.

Amma, ikinci qarşılaşma. Bu qarşılaşma bütün gözləntiləri üstələmişdi. Qarabağ və Roma matçı inanılmaz bir hesab ilə nəticələnmişdi: 2-1 İtaliya çempionu Qarabağın öhdəsindən çox çətinliklə gələ bilmişdi. Bununla da Qarabağın özünə inamı birə min artmışdı. 3-cü və 4-cü qarşılaşmalarda isə Qarabağ dəfələrlə Avropa Çempionlar Liqasının ikincisi olan, Real və Barselonadan sonra İspaniyanın 3-cü ən böyük futbol klubu sayılan Atletiko ilə mübarizə aparmalı oldu. Nəticə inanılmaz idi. Hər iki matç heç-heçə başa çatmışdı. Qarabağ komandasının tərəfdarları və bütün Azərbaycan xalqının sevincinin həddi-hüdudu yox idi. Avropa isə baş verənləri heyrət içərisində və öz-özlüyündə belə düşünürdü: Görəsən bu Çelsinin 6 qol vurduğu Qarabağdır?

Qarabağ bir daha Çelsi ilə qarşılaşmalı oldu. Amma, bu dəfə Bakıda. Nəticə ilk qarşılaşma ilə müqayisədə daha yaxşı olmuşdu: 4-0.

Sonuncu qarşılaşmada isə meydanda sadəcə Qarabağ görünürdü. Roma-Qarabağ qarşılaşması 1-0 hesabı ilə başa çatmışdı.

Qarabağlılar Avropa Çempionlar Liqasında ən az təcrübəyə malik olan komanda idilər. Buna baxmayaraq ölüm qrupunda 2 xal qazanmağı bacarmışdılar. Bəlkə də daha asan bir qrupda 3-cü və hətta 2-ci komanda belə ola bilərdilər. Buna baxmayaraq, Qarabağ Avropa Çempionlar Liqasına öz imzasını atmışdı.

Və dünyada milyonlarla insanı özünə cəzb edən topun cazibədarlığı da elə budur.