Yan 11, 2018 21:32 Asia/Baku
  • Qərb indi Əfqanıstanın mədəniyyətini hədəf alıb
    Qərb indi Əfqanıstanın mədəniyyətini hədəf alıb

Terrorizmlə mübarizə bəhanəsi ilə ABŞ-ın başçılıq etdiyi qərb koalisiyasının Əfqanıstana hücumundan sonra, indi, bu müsəlman ölkəsinə mədəni hücum da başlanmışdır. Lakin Əfqanıstan vətəndaşları qərbdən asılı medialar və televiziyaların fəaliyyəti və filmlərin yayılmasına rəğmən, İran filmləri və seriallarına xüsusi maraqlarının olduğunu deyirlər.

Əfqanıstanda qərbin hərbi hücumundan mədəni hücumuna qədər. Əfqanıstana hərbi hücumla praktiki olaraq, bu ölkədə destabillik və terror qruplarının güclənməsinə səbəb olan ABŞ və müttəfiqləri, indi eyni zamanda mədəniyyət natosunu da müxtəlif yollarla izləyirlər. O cümlədən medialar. Qərblilərin maliyyə dəstəyi ilə yaradılan medialar Əfqanıstanın zəngin milli və islam mədəniyyətini tam şəkildə nişana almışlar.

Media məsələləri üzrə ekspert Abbas Həsənzadə deyib: Qərbin izlədiyi məsələlərdən biri ictimai televiziyaların iflasa uğramasıdır. Çünki dindar və müsəlman ailələr tam ənənəvi şəkildə yaşayırlar. Filmlərdə yayımlananlar ailələr üçün təhlükəli ola bilər.

Əlbəttə bu mediaların kənarında, qərbin təxribatçı mediaları qarşısında duran medialar da vardır.

Əfqanıstan Televiziyalar Birliyinin sədri Mivənd Val deyib: Baş əymirlər, İbn Sina, Mövlana, Əlişir Nəvayi və Sədinin mədəniyyətinə ləbbeyk deyirlər, “biz sizin övladlarınızıq” deyirlər. Öz vahid mədəniyyətimiz üçün döyüşürük, döyüşürük.

Əfqanıstanın bir çox radio və televiziya mediası İran İslam Respublikası ilə ortaq dil və mədəniyyət, eləcə də serialları və sənədli filmlərinin keyfiyyətli və məzmunlu olmasına görə, öz televiziya və radiolarında bu proqramlardan istifadə olunmasını istəyir.

Əfqanıstanda “Cahan” özəl televiziyasının rəhbəri Əsədi deyib: Xarici filmlər və seriallar, o cümlədən Türkiyədən satın alınan və yayımlanan seriallarda məzmun və geyim forması elə bir şəkildədir ki, bir çox vətəndaş ailəvi şəkildə onlara baxmağa maraq göstərmir. Amma İran serialları Əfqanıstan xalqının islam mədəniyyətinə münasibdir.

 

Teqlər