Yan 15, 2018 10:45 Asia/Baku
  • Bakıdakı turnirdə iranlı karateçilər 4 qızıl medal qazanıblar
    Bakıdakı turnirdə iranlı karateçilər 4 qızıl medal qazanıblar

Azərbaycan Respublikasında keçirilən karate üzrə beynəlxalq turnirdə iştirak edən İran İslam Respublikasının uşaq və yeniyetmələrdən ibarət komandası bu yarışlarda 4 qızıl və 4 bürünc medal qazanıb.

İRİB-in Bakı ofisinin verdiyi məlumata görə, Kata və Komitte bölmələrində keçirilən bu beynəlxalq turnirdə İranın yığma komandası uşaqlar və yeniyetmələr bölmələrində iştirak edib və yeniyetmələr üzrə komitte bölməsində Abba Mələkuti və Elnaz Əmir Şərifi qızıl medallar alıblar. 

Digər iki qızıl medalı isə Helena Pirəli Xeyrabadi və Pərəstiş Əlixani Kata bölməsində qazanıblar. 

Nəsim Rəhmani, Rüqəyyə Qənizadə, Niyayiş Mirza Həsənpur və Məhəmmədrza Gəncizadə də 4 bürünc medalı qazanıblar. 

İranlı komandanın baş məşqçisi Nadir Mələkuti yarışların yaxşı səviyyədə olduğunu bildirib və deyib: Biz uşaqlar və yeniyetmələr bölmələrində yarışlara qatıldıq və əldə olunan nəticələr göstərir ki, bu yaş qrupları üzərində gələcəkdə proqramlar həyata keçirilməlidir. 

İranın yığma komandası 8 qız və 2 oğlan idmançı, 2 hakim və 1 hakim və məşqçi ilə bu yarışlara qatılmışdır. 

20 yanvar qanlı faciəsinin şəhidlərinin xatirəsinə həsr olunmuş beynəlxalq karate yarışları İran İslam Respublikası, Rusiya, Özbəkistan, Azərbaycan Respublikası və sionist rejimdən 700 idmançının iştirakı ilə iki gün müddətində Bakıda keçirildi. 

Teqlər