Yan 29, 2018 09:56 Asia/Baku
  • İranın kişilərdən ibarət karate komandası dünya çempionu olub
    İranın kişilərdən ibarət karate komandası dünya çempionu olub

İran İslam Respublikasının kişilərdən ibarət karate komandası Parisin Van məntəqəsində keçirilən karate üzrə dünya çempionatının ilk pilləsində durub.

İran karateçiləri kişilərin komite bölməsində iki qızıl və beş bürünc medal, həmçinin üç beşinci yer qazanaraq, dünya çempionu olublar.

İranın kişilərdən ibarət kata komandası da Malayziya komandasını məğlub edərək, bu çempionatın bürünc medalçısı olubdur.

İran yığması kişi və qadınların komite və kata bölmələri üzrə yarışlarda iştirak edib.

Parisin Van məntəqəsində keçirilən karate üzrə dünya çempionatI cümə günü yanvarın 26-dan dünyanın 81 ölkəsindən gəlmiş 756 karate ustasının iştirakı ilə Fransada başlanıb və dünən başa çatıbdır.

Teqlər