Fev 06, 2018 23:55 Asia/Baku
  • İran 11 - 1 Çin
    İran 11 - 1 Çin

İranın milli futzal komandası Çin yığmasını darmadağın edərək, Asiya Çempionatının növbəti mərhələsinə yüksəlib.

İranın milli futzal komandası Tayvanda keçirilən Asiya Futzal Çempionatının davamında "C" qrupundakı ikinci qarşılaşmasında Çin yığması ilə mübarizə aparmalı olub. Qarşılaşma 11-1 hesabı ilə İran yığmasının xeyrinə başa çatıb. 

Bu qarşılaşmada İran yığmasından Hüseyn Təyyibi 3 qolun müəllifi olub. Fərhad Təvəkküli,  Mehdi Cavidi və Əli Əsğər Həsənzadə isə hər biri 2 qolun müəllifi olublar. Əhməd İsmailpur və Mehdi Şəcəri isə hər biri bir qolun müəllifi olublar. 

İranın milli futzal komandası Asiya Çempionatındakı ilk qarşılaşmasında da 14-0 hesabı ilə Myanma yığmasını darmadağın etmişdi. Beləliklə Məhəmməd Nazimüşşəriyyənin yetirmələri 6 xal ilə növbəti mərhələdə iştirakı qətiləşdirmiş olublar. 

İran yığmasının "C" qrupundakı sonuncu qarşılaşması da 5-3 hesabı ilə başa çatdı. Ümumi xallarının sayını 9-a çatdıran İran yığması növbəti mərhələyə qrupun lideri olaraq yüksəldiyi halda, İraq yığması qrupdan növbəti mərhələyə  yüksəlməyi bacaran ikinci komanda olub. 

Teqlər