Fev 07, 2018 00:05 Asia/Baku
  • İran -
    İran - "Perşin Kap" çimərlik futbolu turnamentinin qalibi

İranın Buşehr şəhərində keçirilən ikinci "Perşin Kap" çimərlik futbolu yarışları Azərbaycan da daxil olmaqla 4 komandanın iştirakı ilə keçirildi.

Bu yarışlar komandaların öz gənc oyunçularını sınaqdan keçirmələri üçün münasib fürsət sayılırdı. Gənc oyunçuların təcrübə əldə etməsi və növbəti yarışlarda iştiraka hazırlıq səviyyələrini yoxlamaları baxımından "Perşin Kap" uğurlu bir təcrübə sayılırdı. 

Çimərlik futbolu üzrə dünyanın ən güclülüəri sırasında olan İran və İspaniyanın bu yarışlarda iştirak etməsi və Ukrayna kimi güclü bir komandanın varlığı sözün əsl mənasında Azərbaycan yığmasına özünü sınamaq, gələcək yarışlarda daha güclü iştiraka malik olmaq və daha yaxşı nəticələr əldə edə bilmək üçün misilsiz fürsət yaratmışdı. 

İran bu dördtərəfli turnamentin qalibi olmuşdu. İspaniya isə İran qarşısındakı məğlubiyyəti ilə ikinci yer ilə kifayətlənməli oldu. Ukrayna və Azərbaycan isə müvafiq olaraq üçüncü və dördüncü olmuşdular. 

Teqlər