Fev 07, 2018 00:34 Asia/Baku
  • Avroliqa Basketbol Yarışları
    Avroliqa Basketbol Yarışları

Avroliqa Basketbol yarışlarının 21-ci həftəsi möhtəşəm oyunlar ilə yadda qaldı. Ən maraqlısı isə Real və Çeska komandaları arasındakı qarşılaşma idi.

Avroliqa Basketbol yarışlarının 21-ci həftəsində bir-biri ilə qarşılaşan Madridin Real və Moskvanın Çeska komandaları arasındakı matç yüksək adrenalin ilə yanaşı olub. Oyunun birinci kuarterində Çeska böyük fərqlə rəqibi üzərində üstünlük qazanıb. 33-11. İkinci kuarter isə minimum fərqlə yekunlaşıb. 21-20. Çeska bu dəfə də üstünlüyünü qorumağı bacarıb. Bununla da oyunun birinci yarısı 54-31 hesabı ilə Çeska komandasının xeyrinə başa çatıb. 

Oyunun ikinci hissəsinə daha aktiv başlayan Real komandası üçüncü kuarterdə nisbi üstünlüyə malik olub. Dördüncü kuarterdə də Madridlilər üstünlüklərini qoruyublar. Buna baxmayaraq matç 93-87 hesabı ilə Moskvalıların üstünlüyü ilə yekunlaşıb. 

Avroliqa Basketbol yarışlarının 21-ci həftəsində baş tutan növbəti matç Anadolu Efes ilə Valensiya komandaları arasında olub. Türkiyə təmsilçisi bu qarşılaşmada İspan rəqibini 82-66 hesabı ilə məğlub etməyi bacarıb. Bununla da xallarının sayını bir qədər də artırmış olub. Anadolu Efes komandasından Errik Mək Kollum 24 xal ilə oyunun favoritinə çevrilib. 

Fənərbağça və Olimpiakus arasındakı qarşılaşma isə yunanlıların üstünlüyü ilə başa çatıb. Oyunun ilk dəqiqəsindən nisbi üstünlük nümayiş etdirən Olimpiakus oyunun sonuna kimi bu tempi qorumağı bacarıb. Sonda 95-70 hesabı ilə qəribi üzərində qələbə çalıb. 

Oyunun favoriti isə 19 xal ilə Vasilis Spanolis olub. 

Panatinaykus komandası da həssa bir qarşılaşmada Brus Bamberq komandası ilə mübarizə aparmalı olub. Matç 95-74 hesabı ilə Almanların xeyrinə başa çatıb. 

Brus Bamburq komandasından Auqustin Rabit 26 xal ilə matçın ən favorit oyunçusuna çevrilib. 

Avroliqa Basketbol yarışlarının 21-ci həftəsinin sonunda Çeska, Olimpiakus, Fənərbağça və Real komandaları müvafiq olaraq ilk 4 yeri özlərinə aid ediblər. Valensiya, Armani və Anadolu Efes isə ümumi sıralamadakı sonuncu yerlərin sahibləridirlər.