Apr 12, 2018 16:37 Asia/Baku
  • Ralli Fransa
    Ralli Fransa

Ralli yarışları üzrə dünya çempionatının Fransa mərhələsi başa çatıb. Sebastien Ogier mərhələni qalib tamamlayıb.

Fransız pilot Sebastyan Ogier Fransada keçirilən avtomobil yarışlarını birinci  yerdə başa vuraraq, yeni mövsümün 3-cü qələbəsini təcrübə edir. Ogier sonuncu dəfə 2016-cı ildə Fransa avtomobil yarışlarının qalibi olmuşdu.

M-Sport komandasının məşhur pilotu Sebastyan Ogier bundan öncə 5 dəfə dünya çempionu olub.

Hazırkı mövsümə gəlincə isə Ogier bundan öncə Monte Karlo və Meksika avtomobil yarışlarını da ilk yerdə başa vurmağı bacarıb.

Ogier Fransada keçirilən avtomobil yarışlarında həmyerlisi Sebastyan Lobun səhvindən istifadə edərək, yarışı Eston rəqibi Out Tankdan 36 saniyə daha tez başa vurur.

Belçikalı pilot Teri Nevil isə Toyota komandası üçün üçüncü yeri əldə edir.

Sitroen komandasının pilotu Sebastyan Lob 9 qat dünya çempionu olmasına baxmayaraq, Fransa çempionatında yol verdiyi səhvə görə, yarışı dördüncü yerdə başa vurmalı olur.

Bununla da Sebastyan Ogier peşəkar avtomobil yarışlarında 43-cü qələbəsinə imza atmış olub. Həmçinin, avtomobil yarışları üzrə dünyanın reytinq cədvəlindəki liderliyini də qoruyub.

Ogier hazırda 48 xal ilə birinci sırada yer alır. Hyunday komandasının pilotu olan Teri Nevil və Toyota komandasının pilotu Out Tank isə müvafiq olaraq ikinci və üçüncü pillədə dururlar.