Apr 12, 2018 16:58 Asia/Baku
  • Bəhreyn-2018 Formula1 yarışları
    Bəhreyn-2018 Formula1 yarışları

2018 Formula-1 yarışlarında ikinci qələbəyə imza atan Fetel Bəhreyndə bütün rəqiblərini arxada buraxıb...

Bəhreyn-2018 Formula1 yarışlarının sonunda Sebastyan Fetel komandasının qeyri-adi strategiyası və rəqiblərindən daha qısa bir pit-stop ilə turnamenti 1 saat 32 dəqiqə ərzində başa vurub.

Valteri Botas isə çox az fasilə ilə ikinci olub. Luis Hamilton da Bəhreyndə keçirilən Formula1 yarışlarında çox gözəl performans sərgiləyib və çox az fasilə ilə mübarizəni 3-cü yerdə bitirib. Baxmayaraq ki, yarışa doqquzuncu yerdən başlamışdı.

Feteldən cəmi 5-6 saniyə geri qalmasına baxmayaraq, Hamilton yarışı dördüncü yerdə bitirən rəqibdən 1 dəqiqə daha tez başa vurmağı bacarmışdı.

22 yaşlı fransız pilot Pyer Gizli isə 5-ci yerdə başlamasına baxmayaraq, yarışı 4-cü yerdə başa vurub.

Digər tərəfdən Fernando Alonso hələ çox uzaq olmayan keçmişdə Formula1 yarışlarının qalibi olmasına baxmayaraq, ötən ilki uğursuz çıxışlarının ardınca, 2018-ci ildə yenidən yaxşı göstəricilər ilə çıxış etməyə başlayıb. Və Bəhreyn turnamentini 7-ci yerdə başa vurub.

Bəhreyn-2018 Formula1 yarışlarının qeyri-adi hadisələrindən biri Redbull komandasının hər iki pilotunun elə ilk dəqiqələrdə yarışlardan kənarlaşması olub.

Luis Hamiltonun ön qanadının Maks Verştapenin təkərinə dəyməsi nəticəsində Redbull komandasının pilotu yarışdan kənarlaşmağa məcbur olur. Az sonra Redbull komandasının ikinci pilotu Daniyel Rikyardo da yaranan texniki nasazlığa görə yarışdan kənarlaşmağa məcbur olur. Bununla da Redbull komandası Bəhreyn yarışlarını tam uğursuzluqla başa vurur.

Digər tərəfdən yarışın sonuna az qalmış çox ağır qəza hadisəsi baş verir. Kimi Raykonenin idarə etdiyi maşın Ferrari komandasının texniki heyətinin üzvlərindən birini əzir. Nəticədə Ferrari komandasının mexaniki ayaq nahiyəsindən ağır xəsarət alır.

Bu arada yanlış tənzimləmə Raykonenin idarə etdiyi maşının təkərində nasazlığın yaranmasına səbəb olur. Bu da Raykonenin yarışdan kənarlaşması ilə nəticələnir. Halbuki, bu hadisədən öncə Raykonen yarışın üçüncüsü idi.

2018-ci ildə keçirilən 2 Formula1 yarışının ardınca Ferrari komandasının pilotu Sebastyan Fetel 50 xal ilə liderdir. Mersedes Benz komandasının pilotları Luis Hamilton və Valteri Botas isə müvafiq olaraq 33 və 22 xal ilə növbəti sıralarda yer alırlar. MakLaren komandasının məşhur pilotu Fernando Alonso isə 16 xal ilə dördüncüdür.  Ferrari komandasından Kimi Raykonen isə 5-ci yerdədir. Komandalara gəlincə isə Ferrari komandası 65 xal ilə liderdir. Mersedes isə 55 xal ilə ikinci yerdədir. MakLaren isə 22 xal ilə üçüncüdür. Redbull isə 20 xal ilə dördüncü yerdədir.