Apr 17, 2018 08:04 Asia/Baku
  • İranın
    İranın "İstiqlal" futbol klubu Asiya çempionlar liqasının 1/8 finalına vəsiqə qazanıb

İranın "İstiqlal" futbol klubu Asiya çempionlar liqasının ötənilki gümüş medalçısı Ərəbistanın Əlhilal komandasını 1-0 hesabı ilə məğlub edib, bu liqa üzrə D qrupunda birinci olaraq, yarışların 1/8 finalına vəsiqə qazanıbdır.

Dünən axşam Asiya çempionlar liqasının qrup mərhələsinin sonuncu- altıncı həftəsində D qrupundan olan İranın "İstiqlal" futbol klubu Küveyt idman kompleksində Ərəbistanın Əlhilal komandası ilə görüşərək, bu komandanı məğlub edibdir.

İranın "İstiqlal" futbol klubu 12 xal ilə və heç bir görüşü uduzmadan dördüncü qrupa başçılıq edərək, Asiya çempionlar liqasının 1/8 finalına vəsiqə qazanıbdır.

İranın "İstiqlal" futbol klubu Asiya çempionlar liqasının növbəti mərhələsində B qrupundan olan komandalardan biri ilə, yəni İranın "Zobbe Ahən" və ya Özbəkistanın "Lokomotiv" komandası ilə görüşəcəkdir. Bu məsələ həmin iki komandanın bu gün keçiriləcək görüşündən sonra bəlli olacaqdır.

Teqlər