Apr 19, 2018 15:53 Asia/Baku
  • Bakıda İranın gənclər və idman naziri türkiyəli həmkarı ilə görüşüb
    Bakıda İranın gənclər və idman naziri türkiyəli həmkarı ilə görüşüb

İran İslam Respublikasının gənclər və idman naziri Bakıda keçirilən İslami Əməkdaşlıq Təşkilatının 4-cü nazirlər iclasının kənarında türkiyəli həmkarı ilə görüşüb.

İRİB-in Bakıdan verdiyi məlumata görə, Sultanifər Osman Aşkınbak ilə görüşündə iki dost və qonşu ölkə arasında əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsini vurğulayıb. 

İranlı nazir Türkiyə-İran əlaqələrinin iki ölkə rəhbərlərinin iradəsi ilə inkişaf etməkdə olduğunu xatırladaraq deyib: İki ölkə yüksək potensiallara malikdirlər ki, onlardan əlverişli şəkildə istifadə edilməlidir. 

İİR gənclər və idman naziri idman sahəsində İran ilə Türkiyə arasındakı əməkdaşlıqların qənaətbəxş olduğunu və qarşılıqlı olarar biri-birinin qabiliyyətlərindən faydalanmalı olduqlarını vurğulayaraq deyib: Türkiyə İran kimi regionda və dünyada bir çox idman sahələrində əlverişli mövqeyə malikdir. 

Görüşdə Türkiyənin gənclər və idman naziri də iki ölkə prezidentləri və xarici işlər nazirlərinin çoxsaylı görüşlərinə toxunaraq deyib: İki ölkə rəhbələrinin iradəsi gənclər və idman sahəsində də əməkdaşlıqlara yol açır. 

Osman Aşkınbak İranı futbol çempionatına vəsiqə qazanması münasibəti ilə təbrik edərək deyib: Türkiyə öz idman komplekslərində hazırıq oyunları təşkil etmək üçün İranla əməkdaşlığa hazırdır. 

Türkiyəli nazir İranı geniş şəkildə tanıdığını bildirib və deyib: İran və Türkiyənin siyasi vəhdəti bəzi ölkələri narahat edir. 

Teqlər