Apr 21, 2018 20:40 Asia/Baku
  • Çexiya ikinci televiziya qülləsini günəş saatına çevirdi
    Çexiya ikinci televiziya qülləsini günəş saatına çevirdi

Çexiyanın ikinci ən hündür televiziya qülləsi yeni bir memarlıq üslubunda iri günəş saatının bir parçasına çevrilib.

342 metr hündürlüyü olan "Krasov" adlı bu televiziya qülləsi Çexiyanın qərbində  yerləşən Bezverov şəhərində yerləşir. Bu televiziya qülləsi 1981-ci ildə inşa edilib.

Televiziya qülləsinin günəş saatına çevrilməsi layihəsinin icrasına təqribən iki il  öncə başlanılmışdı.

Vaslav Sidorcak günəşi bir gündə motorlu paraşütlə şəhərin üzərində uçarkən, televiziya qülləsinin düşən kölgəsi onun diqqətini cəlb edir. Amator astronom olan Sidorcak hələ havada ikən bunun gözəl bir günəş saatı ola biləcəyi düşüncəsinə dalır.

O deyir: Elə orada, səmada ikən belə bir düşüncəyə qapıldım. Bezerov şəhərinin meri Jan Matousek isə bu ideyanı müsbət qarşılayıb və bu layihənin şəhərin məşhurlaşmasına səbəb olacağını deyib.

Bu günəş saatı elə nizamlanıb ki, bahar və payız fəslində zamanı ən dəqiq şəkildə təyin etməyə imkan verir. Ən pis halda bu saat 15 dəqiqə ixtilafa malik olur.