Apr 23, 2018 12:06 Asia/Baku
  • İranlı qadın Pekin Film Festivalında kamil qadın rolunun ən yaxşı aktrisası oldu
    İranlı qadın Pekin Film Festivalında kamil qadın rolunun ən yaxşı aktrisası oldu

İranlı aktrisa Mina Sadati 8-ci Beynəlxalq Pekin Film Festivalında kamil qadın rolunun ən yaxşı aktrisası seçilib.

İRNA-nın məlumatına görə, Mina Sadati İsti Yay filmində aldığı rola görə bu mükafata layiq görülüb. 

İsti yay filmi boşanma zamanı ərindən 6 yaşlı qızını ala bilməyən, əşyalarını toplayaraq ərinin xəbəri olmadan şəhəri bir küncünə sığınan qadından bəhs edir. 

Pekin Film Festivalının ötən dövründə də iranlı qadın Gülab Adinə bu festivalın ən yaxşı qadın aktriası nominasiyasına layiq görülmüşdü.

8-ci  Beynəlxalq Pekin Film Festivalı 15 fevralda strat götürdü və bazar günü sona çatdı. 

Beynəlxalq Pekin Film Festivalı son illərdə Asiya film festivalları arasında böyük imic qazanmışdır. Dünyada da üç önəmli beynəlxalq film festivallarından biri sayılır. 

Beynəlxalq Pekin Film Festivalı 2011-ci ildən işə başlayıb və Çin hökumətinin dəstəyi ilə keçirilir. 

Teqlər