May 05, 2018 08:50 Asia/Baku
  • 2019-cu il Asiya Kubokunun püşkü atıldı; İran İraq, Vyetnam və Yəmənlə bir qrupa düşüb
    2019-cu il Asiya Kubokunun püşkü atıldı; İran İraq, Vyetnam və Yəmənlə bir qrupa düşüb

İranın yığma futbol komandası 2019-cu ildə keçiriləcək Asiya Kuboku yarışlarında İraq, Vyetnam və Yəmənlə bir qrupa düşüb.

Futbol üzrə 2019-cu il Asiya Kuboku yarışlarının püşkatma mərasimi dünən gecə BƏƏ-nin Dubay şəhərində keçirilib və ona əsasən, İranın yığma futbol komandası "D" qrupunda İraq, Vyetnam və Yəmən yığmaları ilə rəqabət aparacaq.

İran və dünya futbolunun əfsanəsi və dünyanın milli matçları tarixində ən yaxşı qolvuran Əli Dayi püşkatma mərasimində Asiya Futbol Konfederasiyasının xüsusi qonağı olub.

17-ci Asiya Kuboku yarışları 2019-cu il yanvarın 5-dən BƏƏ-də keçiriləcək. Yarışların finalı həmin il fevralın birində keçiiləcəkdir.

Tarixdə ilk dəfə olaraq, bu yarışlarda 24 komanda iştirak edəcək. Onlar dörd komandanın daxil olduğu altı qrupda mübazirə aparacaqlar.

İranın yığma futbol komandası 1968, 1972 və 1976-cı illərdə Asiya Kuboku yarışlarının çempionu olubdur.

Teqlər