May 20, 2018 20:46 Asia/Baku
  • İranda ilk
    İranda ilk "Qamma İrradiasiyası" mərkəzi istifadəyə verilir

İranda ilk özəl “Qamma İrradiasiyası” mərkəzi cari ilin sentyabrına kimi istifadəyə veriləcək. “Qamma İrradiasiyası” qida məhsullarının uzun müddət üçün daha yaxşı formada saxlanılmasında istifadə edilir və qida təhlükəsizliyi baxımından böyük önəm daşıyır.

7 il öncə İranda ixtisaslaşdırılmış nüvə mərkəzinin yaradılmasına start verildiyi zaman, layihənin 2 il ərzində istifadəyə verilməsi planlaşdırılsa da, sanksiyalar üzündən mərkəzin tikinti-quraşdırma işləri 5 il təxirlə yanaşı olub.

Mərkəzin müdiri cənab Rəfiyi deyir: “Hazırda yekun sınaqlar həyata keçirilir və təsdiq olunmasından sonra, rəsmən fəaliyyətə başlaya bilər.”

Bura Şəhrekord şəhərində yerləşən Şəhid Şəhriyari adına “Qamma İrradiasiyası” mərkəzidir.

Cənab Rəfiyi həmçinin deyir: “Bu mərkəz qida və dərman təhlükəsizliyinin təmin edilməs habelə, strateji ehtiyat fondunun yaradılmasında önəmli rol oynaya bilər.”

Hindistanlı mütəxəssislərin nəzarəti altında bu mərkəzdə quraşdırılan ionlaşdırma cihazları  qida, kənd təsərrüfatı və sənaye məhsulları habelə,  tibb ləvazimatlarının saxlanılması müddətini   artırmalıdır.

Hindistanlı mütəxəssislərdən biri deyir: “Burda quraşdırılan təchiaztlar Atom Enerjisi üzrə Beynəlxalq Təşkilatın standartlarına əsasən hazırlanıb.”

Qamma-İrradiasiyası kimyəvi olmayan soyuq bir proses olaraq, heç bir mənfi təsir buraxmadan, mikrobların hüceyrə quruluşunu məhv edir.

Bu texnologiyanın önəmini nəzərə alaraq, 80 ölkə ötən 60 ildə bu texnologiyaya yiyələnib və bu sahə münasib investisiya sahəsi sayılır.

“Bu mərkəzin yaradılması üçün 50 milyard tümən sərmayə qoyulub və gələcəkdə bölgəmizdə digər sənaye sahələrinin də inkişafına şərait yarada bilər.”

Mərkəzin yerli gənc mütəxəssislər hesabına fəaliyyət göstərməsi planlaşdırılıb. Bu istedadlı gənclər öz bacarıqlarını ölkənin inkişafı yolunda səfərbər ediblər.

Nüvə alimlərinin terror edilməsinə baxmayaraq, bu gün onların elmi Şəhid Şəhriyarinin adını daşıyan Qamma İrradiasiya mərkəzində öz həyatını davam etdirir.