May 22, 2018 11:44 Asia/Baku
  • Futzal; İran Asiyanın ən güclüsüdür
    Futzal; İran Asiyanın ən güclüsüdür

Futzal üzrə dünya komandalarının yeni reytinqinə əsasən İran İslam Respublikası yığma komandası Asiya qitəsinin ən güclüsü olaraq qalmaqdadır.

İSNA-nın məlumatına görə, Futzal üzrə Dünya Reytinqi internet portalı çərşənbə axşamı günü dünya komandalarının reytinqlərini açıqlayıb: İranın futzal üzrə yığma komandası 1654 xalla dünyada 6-cı və Asiya qitəsində 1-cidir. 

Reytinqdə Braziliya, İspaniya, Rusiya, Portuqaliya və Argentina müvafiq olaraq 1-5-ci pillələrdə qərarlaşıblar. 

Asiyada isə İran yığmasından sonra, Yaponiya, Tailand və Özbəkistan 2-4-cü yerləri tutublar.