May 22, 2018 15:10 Asia/Baku
  • İran islam dünyasında elmi istehsalda keyfiyyət və təsirlilik baxımından ilk yerdədir
    İran islam dünyasında elmi istehsalda keyfiyyət və təsirlilik baxımından ilk yerdədir

İslam Dünyası Elmləri İstinadetmə Bazası ISC-nin rəhbəri deyib: Elm Əsaslı Göstəricilər Bazasının ESI son məlumatlarına əsasən, İran islam ölkəkləri tərəfindən qazanılan bütün istinadların 21%-ni əldə edərək elmi istehsalatın keyfiyyəti və təsirliliyində ilk yeri tutur.

İRNA-nın məlumatına görə, İslam Dünyası Elmləri İstinadetmə Bazasının rəhbəri Məhəmməd Cavad Dehqani deyib: İran İslam Respublikası 10 illik zaman kəsiyində 1 milyon 775 min 773 istinadla islam dünyası ölkələri arasında birinci yeri tutur.

Dehqani əlavə edib: İran alimlərinin istinad edilən məqalələrinin sayı 2008-ci ildə 47 haldan 2017-ci ildə 411 hala çatıb. Beləliklə 8 dəfə artımla orta hesabla ildə 24% artım müşahidə olunur. İran islam ölkələri arasında elm istehsalının keyfiyyətli inkişafı baxımından birinci yeri tutur.