May 22, 2018 17:59 Asia/Baku
  • İran filmi Amsterdam festivalının mükafatına layiq görüldü
    İran filmi Amsterdam festivalının mükafatına layiq görüldü

İranlı rejissor Məhtab Süleymaninin çəkdiyi "Vətən dar" sənədli filmi Hollandiyanın Amsterdam şəhərində keçirilən festivalda birinci rejissorluq mükafatının qalibi olub.

Amsterdam Festivalı hər il Vankok mükafatını ən yaxşı ssenari, rejissor, kişi və qadın aktyor, incəsənət, ekran, şəkil, montaj, sənədli, uzunmmetrajlı dastan, qısammetrajlı film, video-klip, təcrübə filmi, 1-ci rejissor və tələbə filminə təqdim edir.

Hər il Amsterdamda təşkil olunan bu festivalın 9 yaşı vardır.

İranın "Vətən Dar" sənədli filmi əfqan miqrantın həyatından bəhs edir. O, 37 il öncə SSRİ-nin Əfqanıstanda müharibəyə başlaması ilə yeganə övladı ilə oranı tərk etməyə və İrana köçməyə məcbur olur.

Teqlər