May 26, 2018 18:56 Asia/Baku
  • İranın İsfahan və Portuqaliyanın Algarve universitetləri arasında əməkdaşlıq memorandumu imzalanıb
    İranın İsfahan və Portuqaliyanın Algarve universitetləri arasında əməkdaşlıq memorandumu imzalanıb

İranın İsfahan və Portuqaliyanın Algarve universitetləri elm və təhsil əməkdaşlığı üzrə memorandum imzalayıblar.

İRİB-in məlumatına görə, İsfahan Universitetinin rektoru Huşəng Talibi və Portuqaliyanın Algarve Universitetinin rektoru Paulo Aguasın İsfahan şəhərində imzaladığı bu memoranduma əsasən, iki universitet elmi heyət üzvlərinin mübadiləsi, turizm, otelçilik  sahəsində elm və texniki münasibətlərin genişləndirilməsi, dissertasiyaların birgə şəkildə istiqamətləndirilməsi üzrə əməkdaşlıq edəcək.

Algavre Universitetində turizm və otelçilik sahəsində qısamüddətli kursların təşkil olunması da iki universitetin əməkdaşlıq memorandumunun bir müddəasında əks olunub.

Algavre Dövlət Universiteti 1979-cu ildə Portuqaliyanın cənubunda eyniadlı vilayətdə təsis olunub. Bu vilayət önəmli turizm bölgələrindən biridir.

İsfahan Universiteti 70 illik keçmişi ilə İranın əhatəli universitetlərindən biridir.

Teqlər