May 31, 2018 22:12 Asia/Baku
  • Tehranın Elm və Mədəniyyət Universiteti ilə Azərbaycanın Xəzər Universiteti arasında əməkdaşlıq sənəsi imzalanıb

İranın Elm və Mədəniyyət Universiteti Azərbaycanın Xəzər Universiteti ilə elm və təhsil əməkdaşlıqları üzrə anlaşma sənədi imzalayıb.

İRNA-nın məlumatına görə, Tehranın Elm və Mədəniyyət Universitetinin rektoru Səid Haşimi ilə Xəzər Universitetinin rektoru Həsən Niknəfəs arasında imzalanan bu anlaşma sənədinə əsasən bu iki universitet birgə tədqiqatların aparılması, müəllim və tələbə mübadiləsi, elmi təhqiqatların həyata keçirilməsi, birgə elmi kursların təşkil olunması və birgə elmi işlərin hazırlanması sahələrini əhatə edir. 

Həmçinin, bu anlaşmada birgə layihələrin icrasında əməkdaşlıqların sadələşdirilməsi üçün informasiya texnologiyaları və innovasiyalar sahəsində də birgə işlərin görülməsinə təkid edilib. 

Tehranın Elm və Mədəniyyət Universiteti ilə Azərbaycanın Xəzər Universiteti arasında imzalanmış anlaşma sənədində birgə laboratoriyaların və kitabxanaların təsis edilməsi, elmi araşdırmalar üçün infrastrukturların yaradılması da nəzərdə tutulub. 

Teqlər