İyun 16, 2018 08:09 Asia/Baku
  • 2018-ci il Rusiya dünya çempionatı; İran-Mərakeş: 1-0
    2018-ci il Rusiya dünya çempionatı; İran-Mərakeş: 1-0

İran İslam Respublikasının yığma futbol komandası dünən gecə 2018-ci il Rusiya dünya çempionatındakı ilk görüşündə Mərakeş komandasını məğlub etməyə müvəffəq olub.

İran və Mərakeşin yığma futbol komandalarının 2018-ci il Rusiya dünya çempionatının B qrupunda görüşü dünən Tehran vaxtı ilə saat 19-30 dəqiqədə bu ölkənin Sankt-Peterburq şəhərinin stadionunda keçirilib və İran futbolunun igid nümayəndələri Mərakeş komandasını 1-0 hesabı ilə məğlub etməyə müvəffəq olublar.

Türkiyədən olan hakim Cüneyt Çakır bu oyunu idarə edibdir.

İranın  yığma futbol komandası 2018-ci il Rusiya dünya çempionatındakı ikinci görüşündə iyunun 20-də İspaniya yığması ilə görüşəcək.

İranın  yığma futbol komandası 2018-ci il Rusiya dünya çempionatında İspaniya, Portuqaliya və Mərakeş komandaları ilə B qrupunda yarışır.

2018-ci il Rusiya dünya çempionatı iyunun 14-dən iyulun 15-dək Rusiyada keçirilir.

Teqlər