İyun 18, 2018 14:45 Asia/Baku
  • Şərqdə İran incəsənətinin uğuru
    Şərqdə İran incəsənətinin uğuru

İran sənətkarlarının dəyərli əsərləri Kuala-Lumpur sərgilərinin divarlarında özünü göstərir. Modern və ənənəvi incəsənətdən əsərlər məcmuəsi.

İranın 60 sənətkarının 72 dəyərli əsəri Malayziyadakı bir sərgidə nümayiş etdirilir və dörd gün müddətinə İran incəsənətinə maraq göstərənləri qarşılayır.

Malayziyada iranlı sənətkarların rəsm, eskiz və xəttatlıq əsərləri diqqəti çəkir.

İran sənətkarlarının dəyərli əsərləri indi Kuala-Lumpurda yerləşən Sutra şəkil qalereyasının divarlarında özünü göstərir.

Müsahibə: Daha çox istədik ki, əsərlər həm modern səviyyədə olsun, həm də ənənəvi və xəttatlıq səviyyəsində. Amma hamısı perfekt həddindədir. Hamının əsərləri yüksək olduğuna görə, bu sərgidə iştirak üçün qəbul edilibdir.

Yağlı boyalarla müxtəlif səpkilərdə kətan üzərində çəkilmiş rəsm əsərləri.

Müsahibə: Mən real və surreal səpkilərdə işləyirəm. Bu, yağlı boyadır. 

Müsahibə: Mən iki əsər gətirmişəm. Biri qara, digəri isə rəngli karandaşla çəkilibdir.

Xəttin və rəsm elementlərinin birləşməsi ilə eskiz və xəttatlıq bu əsərlərin özəlliklərindəndir.

Müsahibə: Mənim burada gördüyünüz əsərlərimdən üçü nəstəliq çalipasıdır... Və Səədinin əsərləri.

Bu sərgi ölkəmizin sənətkarlarının dəyərli əsərlərinin təqdimatı, tanıtdırılması, marketinqi və satışı məqsədilə Malayziyada açılıbdır.

Teqlər