İyun 22, 2018 12:58 Asia/Baku
  • İran futzalı Asiya birincisi, dünya altıncısıdır
    İran futzalı Asiya birincisi, dünya altıncısıdır

İranın futzal üzrə yığma komandası yeni reytinqə əsasən Asiyada birinci, dünyada isə altıncı yerdədir.

İSNA-nın məlumatına görə, Futzal üzrə Dünya Reytinqi saytının yayımladığına əsasən, İranın futzal üzrə yığma komandası 1654 xalla dünyada 6-cı yerdə Asiyada isə birinci yerdə durur. 

Bu reytinqdə yeganə müsbət dəyişiklik İran və Argentina yığmaları arasında xal fərqinin azalması olub. 

Argentina yığması İran yığması ilə müqayisədə 37 xalla beşinci pillədə qərarlaşmışdı. Lakin bu komandanın Paraqvaya məğlub olması ilə bu fərq 13-ə enib. 

İranın futzal üzrə yığma komandası yoxlama oyunlarında bu fərqi aradan qaldıra və beşinci pilləyə yüksələ bilər. 

Reytinqdə Braziliya, İspaniya, Rusiya, Portuqaliya və Argentina ilk beş yeri tutur.