İyul 01, 2018 08:47 Asia/Baku
  • Sasanilərin tarixi abidəsi UNESCO-da qeydə alınıb
    Sasanilərin tarixi abidəsi UNESCO-da qeydə alınıb

Fars ostanında yerləşən "Qədim Sasani mənzəri" İranın 23-cü abidəsi olaraq UNESCO tərəfindən qeydiyyatdan keçib.

İRİB-in verdiyi məlumata görə, dünən Bəhreyndə keçirilən UNESCO-nun ümumbəşəri irs komitəsinin 42-ci iclasında "Qədim Sasani mənzəri" qeydə alınıb. 

Fars ostanının tarixi abidələri üzrə araşdırmalar 2017-ci il sentyabrın axırlarından başlanmışdı.

UNESCO-nun ümumbəşəri irs komitəsi hər il müxtəlif ölkələrdə ümumi iclaslar keçirir və həmin iclaslarda ümumbəşəri irs kimi təqdim olunmuş əsərlər təqdim olunur və qeydiyyata alınır. 

İndiyədək İranın 22 tarixi abidəsi UNESCO tərəfindən ümumbəşəri irs olaraq qeydə alınmışdır. 

Teqlər