İyul 07, 2018 14:01 Asia/Baku
  • Çörək bişirmək üzrə mexanikləşdirilmiş dəzgahlar 45 ölkəyə ixrac olunacaq
    Çörək bişirmək üzrə mexanikləşdirilmiş dəzgahlar 45 ölkəyə ixrac olunacaq

İran İslam Respublikası dünyanın 45 ölkəsinə, o sıradan Yeni Zelandiya, Avstraliya, Amerika və Kanadaya çörək bişirmək üzrə mexanikləşdirilmiş dəzgahlar ixrac edəcək.

İranın çörək bişirmək üzrə mexanikləşdirilmiş dəzgahları mövcud dəzgahlardan otuz beş faiz az yanacaq işlədirlər. Onların ətraf mühiti çirkləndirmə əmsalı da təqribən sıfırdır.

Çörək bişirmək üzrə mexanikləşdirilmiş dəzgahların ixracatı hər il İrana təqribən 450 min dollar valyuta daxil edəcək.

İranın Baş Gömrük İdarəsinin rəisi Forud Əsgəri bundan öncə bildirmişdi ki, İranın qeyri-neft ixracatı 2018-ci il martın iyirmisindən iyunun on yeddisinədək ötən ilin müvafiq dövrü ilə müqayisədə 21 faizlik artımla on bir milyard 242 milyon dollara çatıbdır.

Teqlər