İyul 15, 2018 11:40 Asia/Baku
  • Tehran vilayətinin əl işləri sənayesi ixracatı
    Tehran vilayətinin əl işləri sənayesi ixracatı

Tehran vilayəti Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Baş İdarəsinin rəis müavini ötən 3 ay ərzində Tehran vilayətindən ölkə xaricinə 15 milyon 300 min dollar dəyərində əl işləri sənayesi məhsulunun ixrac olunduğunu deyib.

Məhəmməd İnşayi şənbə günü İRNA ilə müsahibədə deyib: Tehran vilayətindən bu il Almaniya, Ermənistan, Türkiyə, Azərbaycan, Rusiya, Hollandiya, Fransa, İtaliya, Cənubi Afrika və Fars körfəzi ətrafında yerləşən ölkələrə əl işləri sənayesi məhsulları ixrac edilib. 

Onun dediyinə görə, ötən il Tehran vilayətindən 62 milyon dollar dəyərində əl işləri sənayesi məhsulları ixrac olunub. Bu il isə bu rəqəmin 75 milyon dollara çatacağı proqnoz edilir. 

Ənənəvi şüşə qablar, dəri məmulatları, bəzək əşyaları, toxuculuq məhsulları, ağac üzərində oymaçılıq, bəzək daşları və paltar Tehran vilayətindən ölkə xaricinə ixrac olunan əl işləri sənayesi məhsulları olub.