İyul 16, 2018 13:41 Asia/Baku
  • İranın futvoley komandası Bakı beynəlxalq yarışlarında dördüncü olub
    İranın futvoley komandası Bakı beynəlxalq yarışlarında dördüncü olub

İranın futvoley komandası Bakıda keçirilən dünya klublarının beynəlxalq yarışlarında dördüncü olub.

Şənbə və bazar günləri keçirilən bu yarışlarda Azərbaycan Respublikası, Braziliya, Hollandiya, Portuqaliya, Rusiya, Pakistan, Avstriya və İran İslam Respublikası komandaları iştirak ediblər.

İran komandası yarışların birinci günündə Rusiya və Portuqaliya komandalarını 2-0 hesabı ilə məğlub edib, elə həmin hesabla da Braziliya komandasına uduzuraq, Braziliya yığması ilə yarımfinal mərhələsinə çıxıbdır. İran yığması yarımfinal mərhələsində Avstriya və Hollandiya komandalarına 2-0 hesabı ilə məğlub olaraq, dördüncü yer ilə kifayətlənibdir. Bu beynəlxalq yarışlarda Braziliya komandası finalda Avstriya komandasına qalib gələrək, birinci yeri tutubdur.

Futvoleyin qanunları çimərlik voleybolu kimidir. Fərqi budur ki, bu idman növündə futboldakı kimi ayaqla oynayırlar.

Teqlər