İyul 30, 2018 17:58 Asia/Baku
  • 2017-ci ildə İrandan 450 milyon dollarlıq dərman bitkisi ixrac olunub
    2017-ci ildə İrandan 450 milyon dollarlıq dərman bitkisi ixrac olunub

İranın kənd təsərrüfatı cihadı nazirinin müşaviri 2017-ci ildə İrandan 450 milyon dollarlıq dərman bitkisinin ixrac olunmasdından xəbər verib.

İranın kənd təsərrüfatı cihadı nazirinin müşaviri Hoseyn Zeynəli bu gün müxbirlərə deyib ki, İran ötən ildə 450 milyon dollar dəyərində zəfəran, yaşıl zirə, qara zirə, Dəməşq qızılgülü və Sofiya deskuraniyası ixrac edib.

Zeynəli İranda dərman bitkilərinin istehsalı vacibliyini vurğulayıb. O, deyib: İranın kənd təsərrüfatı cihadı nazirliyinin əsas hədəfi, dərman bitkiləri istehsalının genişləndirilməsidir və bu məsələnin həyata keçirilməsi üçün müəyyən proqramlaşdırmalar aparılıbdır.

Müqavimət iqtisadiyyatı siyasətinə əsasən, dərman bitkiləri istehsalının genişləndirilməsi sahəsində onillik bir proqramda İranda iyirmi növ dərman bitkisi istehsal olunmalıdır.

İranda iki mindən çox dərman bitkisi növü mövcuddur.

Teqlər