Avq 14, 2018 20:35 Asia/Baku
  • Quraqlıq yaşıl qitəni hədələyir
    Quraqlıq yaşıl qitəni hədələyir

Yaşıllığı ilə məşhurlaşmış qitə. Amma hazırda quraqlıq onun yaşıllığına kölgə salıb.

Avropada iqlim dəyişikliyi, yağıntıların azalması, hava temperaturunun yüksəlməsi Yaşıl Qitədə böyük ölçüdə əkin sahələrinin quruması və çaylarda suyun azalması ilə nəticələnib. Suyun azlığı və quraqlıq Avropada, xüsusilə də bu qitənin şimalında kənd təsərrüfatı və heyvandarlıq məhsullarına ciddi şəkildə ziyan vurub. Avropanın Kosmik Agentliyinin çəkdiyi kadrlar son aylarda istilik və quraqlıq Yaşıl Qitədə ciddi dəyişikliklərin yaratdığını göstərir.

İtaliyada yaşayan ingilis jurnalist Con Filips deyib: Quraqlıq problemi Avropaya da sirayət edib. İsveçdə kənd təsərrüfatı sahələrinə çoxlu xəsarətlər dəyib. Adətən yağıntıları çox olan İngiltərədənin də bu il quraqlıq yayı vardır. Sahələrin quraqlıqla üzləşməsi heyvandarlıqla məşğul olan ingilisləri qış üçün hazırlıq gördükləri yemlərlə heyvanları yemləməyə məcbur edib. Analoji durum Danimarkada da heyvandarlıqla məşğul olanları heyvanları münasib çəkiyə çatmazdan öncə kəsməyə məcbur edib. Fransadan sonra Avropanı taxılla təmin edən ikinci ölkə, Almaniyada kənd təsərrüfatı məhsullarında 20% azalma olmuşdur.

Bu arada İtaliyada da quraqlıq 652 kilometr uzunluğu ilə bu ölkənin ən uzun çayı sayılan Epo çayının suyunu 4 metrə yaxın azaldıb.

Builki yay Avropaya özü ilə anomal istilər, su çatışmazlığı və quraqlıq gətirib və bu qitənin yaşıl otlaqlarını sarı və quru ərazilərə çevirib.

Hal-hazırda Avropanın bir çox ölkələrində, o cümlədən İtaliyada kənd təsərrüfatçıları istilik və quraqlıq nəticəsində təsərrüfat məhsullarına dəyən xəsarəti aradan qaldırmaq məqsədilə öz ölkə hökumətlərindən qısamüddətli maliyyə yardımları istəyiblər. Halbuki mütəxəssislərin dediyinə görə, gələn illərdə Avropada belə isti və susuz yaylar müşahidə olunarsa, Avropa Birliyinin rəsmiləri mütləq bu məsələ üçün uzunmüddətli tədbir və həll yolları düşünməlidirlər.