Avq 14, 2018 20:37 Asia/Baku
  • Voleybol üzrə Asiya Konfederasiyalar Kuboku; İran gəncləri finala yüksəldilər
    Voleybol üzrə Asiya Konfederasiyalar Kuboku; İran gəncləri finala yüksəldilər

İran İslam Respublikasının voleybol üzrə gənclərdən ibarət yığma komandası Taivanı məğlub edərək Asiya Konfederasiyalar Kubokunun finalına yüksəlib.

Təsnim İnformasiya Agentliyinin məlumatına görə, İran İslam Respublikasının gənclərdən ibarət yığma komandası Voleybol üzrə Asiya Konfederasiyalar Kubokunun yarım finalında kuboka ev sahibliyi edən Taivan yığması ilə qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib.

İran yığması 25:19, 25:20 və 25:23 hesabı ilə üç seti qalib başa vurub.

İran İslam Respublikasının gənclərdən ibarət yığma komandası sabah Konfederasiyalar Kubokunun finalında Qətər yığması ilə qarşılaşacaq.

İranın voleybol yığması üç çempion və bir gümüş medalla Voleybol üzrə Asiya Konfederasiyalar Kubokunun ötən beş dövründə ən titullu komandadır.