Avq 14, 2018 21:29 Asia/Baku
  • İranın Milli Neft-Kimya Şirkətinin icra direktoru: İranın neft-kimyasına sanksiya tətbiq etmək olmaz
    İranın Milli Neft-Kimya Şirkətinin icra direktoru: İranın neft-kimyasına sanksiya tətbiq etmək olmaz

Ərdəbilin sərin, gözəl, təmiz havası insanı həmişə özünə valeh edir. Bir çox yerlərdə güclü, anomal istilərin müşahidə olunduğu vaxtda Ərdəbildə tam özünəməxsus bir sərinlik vardır.

Dörd fəsilli İran İslam Respublikasının bir sıra bölgələrində hətta hava temperaturunun 50 dərəcəyə yaxınlaşdığı bir vaxtda, İran diyarının yaylağı, Ərdəbil vilayəti çox sərin havası və gözəl təbiəti ilə ölkənin bir çox yerindən qonaq və turistlərə ev sahibliyi edir.

Ərdəbilə gələn və adyala bürünmüş yeniyetmə bir uşaq öz təəssüratını belə bölüşür: Çox soyuqdur, üşüyürəm.

Ərdəbildə səfərdə olan bir qadın turist belə deyir: Fikrimcə temperatur 20 dərəcədən aşağıdır. Bizim üçün sürpriz oldu.

Ərdəbilin behişt çeşmələri təbii istisuların kənarında 37 turist obyektinə malikdir.

Bütün bu gözəlliklərin kənarında Fındıqlı meşəsi, meşəliyin fındığından keçmək olmaz.

Fındıqlı meşəsinə gedən bir xanım belə deyir: Fındıq, meşə alçası yığmışam. Danışdılar, bizdə dedik ki, bura qədər gəlmişiksə, getməmək heyifdir.

Telesiyejlərin isə özünəməxsus gözəllikləri vardır.

İranın cənubundan gələn bir turist isə belə deyir: Biz cənubda hətta qışda belə, bir gün belə bir havanı görmürük. Doğrudan da çox əla, qəşəng, özünəməxsus təbiəti vardır.

Ərdəbil vilayətinin İranın Milli Əsərlər Siyahısında qeydə alınmış 900-dən çox tarixi abidəsi vardır.