Avq 20, 2018 18:06 Asia/Baku
  • İranlı taekovandoçu Asiya oyunlarında bürünc qazandı
    İranlı taekovandoçu Asiya oyunlarında bürünc qazandı

Cakartada Asiya oyunlarında taekovando üzrə -58 kq çəki dərəcəsində İranın nümayəndəsi Fərzan Aşurzadə iki qələbə, bir məğlubiyyətlə bürünc medala layiq görülüb.

İRİB-in məlumatına görə, 2018 Asiya Oyunlarında taekovando üzrə ilk gündə Fərzan Aşurzadə bürünc medal uğrunda Tacikistan və Vyetnamdan olan rəqiblərini məğlub edib, yarımfinalda Özbəkistan təmsilçisinə məğlub olaraq üçüncü yeri tutub. 

İranın taekovando üzrə yığma komandası fərdi növdə iki gümüş medal qazanıb. 

İranın idman karvanı bazar günü Asiya Oyunlarında sərbəst güləş üzrə iki qızıl medal qazanıb. 

İranın idman karvanı 280 kişi və 98 qadın idmaçı ilə bu yarışlarda iştirak edir. İran təmsilçiləri 42 idman növündə rəqibləri ilə qarşılaşırlar. 

18-ci Asiya Oyunları 18 avqustdan İndoneziyanın Cakarta və Palmbanq şəhərlərində başlanıb və 2 sentyabra qədər davam edəcək. 

Bu oyunlarda 45 ölkədən 11 mindən çox idmançı iştirak edir. 

Teqlər