Avq 26, 2018 17:07 Asia/Baku
  • Üç iranlı hakim dünya çempionatı yarışlarına dəvət olunub

İranın olimpiya hakimləri Macarıstanda keçiriləcək güləş üzrə dünya çempionatı yarışlarını idarə etməyə dəvət olunublar.

Beynəlxalq Güləş Birliyi Macarıstanda keçiriləcək güləş üzrə dünya çempionatı yarışlarını idarə edəcək hakimlərin adlarını elan edib və üç iranlı olimpiya hakiminin adı həmin siyahıdadır.

Bu siyahıya əsasən, Mohəmməd Ebrahim Emami və Ərdəvan Sahibin adları hakimlərin birinci qrupunda, Mohəmməd Mosəllayiporun adı isə hakimlərin ikinci qrupunda yerləşibdir.

Beynəlxalq Güləş Birliyinin proqramlaşdırmasına əsasən, güləş üzrə 2018-ci il dünya çempionatı yarışlarının hakimləri üç qrupa ayrılacaqlar ki, birinci qrupa daxil olan hakimlər bütün yarışları idarə edəcəklər.

İkinci qrupa daxil olan hakimlər yarışların ilk, 3-cü qrupa daxil olan hakimlər isə ikinci yarısını idarə edəcəklər.

Teqlər