Sen 06, 2018 18:00 Asia/Baku
  • 200 iranlı alimin adı dünyanın üstün alimləri sırasında

İranın Ali Mədəniyyət İnqilabı Şurasının katibi deyib: İranın 200-dən çox aliminin adı dünyanın üstün alimləri sırasındadır.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Məhəmməd Rza Müxbir Dezfuli İranın 18 universitetinin dünyanın üstün universitetləri sırasında olduğuna işarə edərək, deyib: Kök hüceyrələr sahəsində də İran dünyada ilk 10 ölkə arasında yer alır. 

Müxbir Dezfuli elmi nailiyyətlərin İslam İnqilabı sayəsində istedadların çiçəklənməsinə dəlalət etdiyini deyərək, əlavə edib: Elmi uğurlar və nailiyyətlərin bəyan və şərh edilməsi milli etimad və bacarığın möhkəmlənməsinə kömək edir. 

İran İslam Respublikası ötən 10 ildə elmi inkişaf baxımından dünyanın öncül ölkələri sırasına  yüksəlib. 

Teqlər