Sen 06, 2018 20:55 Asia/Baku
  • İran Mədəniyyət Həftəsi - Rusiya
    İran Mədəniyyət Həftəsi - Rusiya

Rusiyanın paytaxtı Moskva şəhərində İran Mədəniyyət Həftəsinin açılış mərasimi keçirilib. Rusiyada keçirilən İran Mədəniyyət Həftəsi çərçivəsində İran mədəniyyətini tanıtdırmaq üçün bir sıra mədəni proqramların həyata keçirilməsi nəzərdə tutulub.

Rusiyanın paytaxtında “Malıy Teatr”da İran mədəniyyət həftəsinin açılış mərasimi keçirilib. Mərasim “Möhtəşəm İran” adlı qısa filmin ekran edilməsi və  xalq çalğı alətləri ansamlbının ifası ilə start götürüb. 

Daha sonra İranın Mədəniyyət və İslam Əlaqələri Təşkilatının sədri, İranın Rusiyadakı səfiri və Rusiya mədəniyyət nazirinin müavini iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsinin vacibliyinə dair çıxışlar ediblər.

İranın Mədəniyyət və İslam Əlaqələrii Təşkilatının sədri deyir: “Xoşbətxlikdən Rusiya ilə mədəni əlaqələrimiz 1967-ci ildə iki ölkə arasında mədəni əməkdaşlıqlar barədə  imzalanmış anlaşma sənədi əsasında daim inkişaf etməkdə olub. Və hazırda da hər iki ölkə bu əlaqələrin daha da möhkəmlənməsinə çalışır.”

 

Rusiyanın mədəniyyət nazirinin müavini isə deyir: “İran və Rusiya mədəniyyət sahəsində çox yaxşı əməkdaşlığa malikdirlər. Və davamlı olaraq hər iki ölkədə mədəniyyət həftələrinin keçirilməsi buna bir sübutdur.”

 

İran Mədəniyyət Həftəsi münasibətilə Rusiyanın Əl İşləri və Milli İncəsənət Muzeyində də “Sirli İran” adı altında əl işləri sərgisi təşkil edilib. Bu sərgidə müxtəlif növ əl işləri, rəsm əsərləri, milli geyimlər və müxtəlif aksesuralar nümayiş etdirilir.

 

İran İslam Respublikasının Rusiyadakı səfiri deyir: “Xoşbəxtlikdən ötən illərdə iki ölkə arasında mədəni əməkdaşlıqlar intensiv xarakter almağa başlayıb. Və mədəniyyət sahəsində fəaliyyət göstərən müxtəlif birliklər və qrumlar formalaşıb. Həmçinin, təhsil və media sahəsində də oxşar əməkdaşlıqların şahidiyik.”

 

Muzey işçilərindən biri isə deyir: “Biz bir muzey işçisi olaraq, iranlı sənətkarların əsərlərini böyük rəğbətlə qarşılayır və onlara yüksək dəyər veririk.”

 

İran Mədəniyyət Həftəsi çərçivəsində İranın Mədəniyyət Karvanı Başqırdıstanın mərkəzi olan Ufa şəhərinə də səfər edərək, İran mədəniyyətini tanıtdırmağa çalışacaq.