Sen 07, 2018 20:31 Asia/Baku
  • Noşəhr - İranın orxideya paytaxtı
    Noşəhr - İranın orxideya paytaxtı

Iranin Mazandaran vilayətində yerləşən Noşəhr şəhərində bacarıqlı gülçülər yetişdirilməsi xüsusi və mürəkkəb texnologiya tələb edən orxideya gülünün yerli şəraitdə yetişdirilməsinə nail olaraq, gülçülükdə yeni uğura imza atıblar.

Noşəhr. Xəzərin sahilində yerləşən bu şəhər İranın orxideya şəhəri kimi də tanınır.

“Mazandaran vilayətində yetişdirilən orxideyanın beşdə biri Noşəhrin payına düşür”

 

Orxideya gülünün iqtisadi baxımdan ən sərfəli növü Filonapsisdir. Filonapsis bir çox rəng çalarına malik olması ilə digər orxideya növlərindən seçilir.

 

“Bizim istixanamızda təqribən 60 min orxideya gülü yetişdirilir. Və onlardan illik olaraq 1 milyon orxideya çiçəyi əldə etmək mümkündür.”

 

Daha öncə sadəcə Hollandiyadan orxideya şitillərini idxal etməklə bu çiçəyin yetişdirilməsi ilə məşğul olan bu mərkəz, hazırda orxideya gülünün çoxaldılması texnologiyasını da əldə edib.

 

“Bu toxumlar ilə 100 mindən çox orxideya gülü yetişdirmək mümkündür. Biz İranda ilk dəfə olaraq bu metodla orxideya gülünün çoxaldılmasına nail olmuşuq.”

Digər güllərin əksinə olaraq orxideya təbii şəraitdə çoxalmaq imkanına malik deyil. Buna görə də onun şitillərini istixana şəraitində və şüşə qablarda yetişdirirlər.

“İstixanada yetişdirilən orxideyanın toxumları toplanıldıqdan sonra laboratoriyaya köçürülür. Daha sonra həmin toxumlar laboratoriya şəraitinidə yetişdirilir.”

 

Bu istixanada orxideyanın Filonapsis növünün təqribən 20 rənginə rast gəlmək mümkündür.

 

“Orxideya almaq üçün xaricdən də bizə müraciət edənlər çoxdur.”

 

Bu mərkəz iqtisadi baxımdan sərfəli olan orxideyanın digər növlərini yetişdirməyi də qarşıya məqsəd qoyub.

Orxideya dünyanın gül bazarında 8 faizlik paya malikdir.